📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Avropa çempionatı: Azərbaycanın qadın voleybolçuları mübarizəni dayandırdılar

2026-09-01 23:11:13

Avropa çempionatı: Azərbaycanın qadın voleybolçuları mübarizəni dayandırdılar

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında mübarizəni dayandırıb.

Oxu.Az xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv 1/8 finalda Türkiyə yığması ilə qarşılaşıb.

İstanbul şəhərində yerləşən "Sinan Erdem" idman zalında baş tutan qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:0 (25:14, 25:16, 25:22).

Xatırladaq ki, Azərbaycan millisi Milli Gimnastika Arenasında təşkil olunan C qrupunun oyunlarını 8 xalla üçüncü pillədə başa vuraraq 1/8 finala vəsiqə qazanmışdı.