📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Autizmli uşağı döyən psixloqla bağlı rəsmi açıqlama

2026-08-31 20:11:20

Autizmli uşağı döyən psixloqla bağlı rəsmi açıqlama

Şirvan şəhərində xüsusi qayğıya ehtiyacı olan uşaqlarla işləyən mərkəzlərin birində psixoloq Ceyran Muradovanın autizmli uşağa göstərdiyi fiziki şiddət kadrları geniş ictimai qınaq obyekti olmuşdu.

Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, baş verən hadisə ilə bağlı Şirvan Şəhər Polis Şöbəsinə müraciət daxil olub. Hazırda fakt üzrə müvafiq araşdırma aparılır.

Məsələ ilə əlaqədar aidiyyəti dövlət qurumları ilə birgə zəruri tədbirlərin görüldüyü bildirilib. Araşdırmanın nəticəsinə əsasən qadınla bağlı hüquqi qiymətin veriləcəyi gözlənilir.

Qeyd edək ki, Ceyran Muradova özünün rəhbərlik etdiyi "Neopsy Clinic"də psixoloq kimi fəaliyyət göstərir.