📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Atalıq məzuniyyətinə çıxanların sayı açıqlandı

2026-09-08 17:03:05

Atalıq məzuniyyətinə çıxanların sayı açıqlandı

Artıq 415 işəgötürən tərəfindən 1126 işçiyə uşağının doğulması ilə bağlı ödənişli atalıq məzuniyyəti verilib.

Modern.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilir. Bu məzuniyyət uşağın doğulmasından əvvəl və sonrakı dövrləri əhatə edir.

Məzuniyyətin verilməsi üçün işçi uşağının doğulması ilə əlaqədar müvafiq tibb müəssisəsinin arayışını işəgötürənə təqdim edir.

Bundan sonra işəgötürən tərəfindən işçiyə ödənişli atalıq məzuniyyəti verilir. Bu barədə əmr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemində elektron qaydada formalaşdırılır.