📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Artıq başqa Sevdayam" - VİDEO

2026-09-12 23:07:27

Müğənni Sevda Yahyayeva oktyabrın 17-də Azərbaycan Dövlət Filarmoniyasında planlaşdırılan konsertinə hazırlaşır.

Sənətçi konsertlə bağlı videoaçıqlamasında gecənin yalnız musiqidən ibarət olmayacağını bildirib.

“Bu konsert təkcə mahnıların ifasından ibarət bir gecə olmayacaq. Tamaşaçılarla səmimi ünsiyyət, gözəl xatirələr, söhbət və ifaların bir araya gəlməsidir. Bu gün mən böyümüş Sevdayam, anayam. Hisslərim, həyata baxışım başqadır. Ona görə də bu konsert mənim üçün başqadır. Bu duyğunu, sevgini sizinlə yaşamaq istəyirəm. İstəyirəm,konsertə gələnlər gecədən zövq alsınlar” deyə, Sevda əlavə edib. (Axşam.az)