📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Arda Turan hamını qabaqladı

2026-06-14 21:54:38

Arda Turan hamını qabaqladı

“Şaxtyor”un (Donetsk) baş məşqçisi Arda Turan Ukrayna Premyer Liqasında mövsümün ən yaxşı məşqçisi elan edilib.

Məlumatı sözügedən ölkənin mətbuatı yayıb.

Klublar arasında keçirilən ənənəvi sorğuda türk mütəxəssis 1-ci, LNZ-nin çalışdırıcısı Vitali Ponomaryov 2-ci, “Polessya”nın baş məşqçisi Ruslan Rotan 3-cü olub.

Turan geridə qalan mövsümdə “Şaxtyor”u Ukrayna çempionluğuna daşıyıb. “Mədənçilər” onun rəhbərliyi altında UEFA Konfrans Liqasının yarımfinalına qədər də irəliləyib. (fanat.az)