📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Araz-Naxçıvan"ın baş məşqçisi Cavid Hüseynov: "Komanda hər mövsüm iddiası ilə seçilir"

2026-06-16 17:11:11

"Araz-Naxçıvan" futbol komandası hər mövsüm iddiası ilə seçilir.

Hurriyyet.info  xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisinin baş məşqçisi təyin olunan Cavid Hüseynov klubun mətbuat xidmətinə açıqlama verib.

38 yaşlı mütəxəssis məsuliyyətli işi ona həvalə etdiyinə görə klub rəhbərliyinə təşəkkür edib:

"Belə bir məsuliyyətli işi mənə həvalə etdiyinə görə klub rəhbərliyinə təşəkkür edirəm. "Araz-Naxçıvan" Premyer Liqaya rəng qatan komandalardandır. Hər mövsüm iddiası ilə seçilir".

C.Hüseynov bu komanda ilə uğur qazanmağa çalışacağını vurğulayıb:

"Hər çağırış mənim kimi gənc baş məşqçi üçün yeni bir imkandır. Məsuliyyətimizi anlayırıq. Təbii ki, asan olmayacaq. Heyətin formalaşdırılması üçün transfer çalışmalarını davam etdiririk. Bəyəndiyimiz futbolçuların keçidi üçün danışıqlar aparılır. Rəsmi razılaşma olduqca, klub tərəfindən açıqlama veriləcək".

Xatırladaq ki, "Araz-Naxçıvan" Cavid Hüseynovla 1 mövsümlük müqavilə imzalayıb.