Almaniyada hərbi baza yaxınlığında PUA qəzaya uğradı
2026-09-15 21:43:27
Almaniyanın Hannover şəhərində (Aşağı Saksoniya) Vunstorf hərbi aerodromu yaxınlığında naməlum PUA qəzaya uğrayıb.
Bakıvaxtı.az “Bild” qəzetinə istinadən xəbər verir ki, hadisə yerinə polis qüvvələri cəlb edilib.
PUA yaşayış binalarının olmadığı ərazidə qəzaya uğrayıb. Polis hazırda onun qalıqlarını axtarır. Pilotsuz təyyarənin sahibi və onu idarə edən hələ ki, məlum deyil.