📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

AKİ-yə yeni sədr seçildi - Xalq artistindən ilk AÇIQLAMA

2026-09-11 15:51:49

AKİ-yə yeni sədr seçildi - Xalq artistindən ilk AÇIQLAMA

Xalq artisti Şəfiqə Məmmədova Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib.

Hurriyyet.media  xəbər verir ki, o, səs çoxluğu ilə ittifaqın növbəti rəhbəri kimi təsdiqlənib.

Beləliklə, Xalq artisti Şəfiqə Məmmədova yeganə namizəd kimi sədr seçilib.

Yeni sədr bu vəzifənin onun üçün ağır məsuliyyət olduğunu yaxşı dərk etdiyini bəyan edib.

Xalq artisti bir çox çətinlik və problemlərin olduğunu da deyib:

"Bu vəzifə mənim üçün ağır məsuliyyətdir, mən bunu dərk edirəm. İttifaq daxilində bir çox çətinliklər, problemlər var, bu heç kəsə sirr deyil. Lakin bütün bu çətinliklərə baxmayaraq ittifaqımız yeni layihə və proqramların icrasna davam edəcək", o əlavə edib.

Yeni sədr ona göstərilən etimadı doğrultmaq üçün əlindən gələni edəcəyinə söz verib.

Qeyd edək ki, İttifaqın bundan əvvəlki sədri Rasim Balayev idi. O 2026-cı ilin martında vəfat edib. Kinematoqrafçılar İttifaqının bu gün keçirilən konfransında Şəfiqə Məmmədova yeni sədr seçilib.