Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək - ƏLAVƏ OLUNUB
2026-06-23 18:12:29
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Azərbaycana səfər etməyi planlaşdırır.
Bu barədə "Report"a diplomatik mənbə məlumat verib.
"O, sabah Bakıya gələcək", - mənbə qeyd edib.
Mənbə səfərin təfərrüatlarını açıqlamayıb.
Öz növbəsində, Qrononun ofisindən "Report"un Avropa bürosuna bildirilib ki, o, iyunun 25-26-da Bakıda Azərbaycanın rəsmi şəxsləri ilə görüşlər keçirəcək.
Qeyd edək ki, Maqdalena Qrono sonuncu dəfə Azərbaycana 2026-cı ilin martında səfər edib.