📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ağdərədə ağır qəza: Avtobus aşdı, çox sayda yaralı var

2026-06-28 14:04:47

Ağdərədə ağır qəza: Avtobus aşdı, çox sayda yaralı var

Ağdərə rayonunda sərnişin avtobusunun iştirakı ilə ağır yol qəzası baş verib.

Hurriyyet.info APA-ya istinadən xəbər verir ki, avtobusun aşması nəticəsində çoxsaylı sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralılar Ağdam və ətraf rayonlardan göndərilən briqadaların köməyi ilə xəstəxanalara çatdırılır.

Qəzanın başvermə səbəbi, xəsarət alanların dəqiq sayı və digər təfərrüatlar aidiyyəti qurumlar tərəfindən araşdırılır.