📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ağdamdakı yanğınlar söndürüldü

2026-07-27 11:22:36

Ağdamdakı yanğınlar söndürüldü

Ağdam rayonunun Kəngərli və Papravənd kəndləri istiqamətlərində açıq sahələrdə baş vermiş yanğınlar söndürülüb.

Hurriyyet.media xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, ərazilərin minalanmış və havanın küləkli olmasına baxmayaraq, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən söndürülüb.