📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ağdamda yol qəzası: 2 nəfər öldü, 4 nəfər yaralandı

2026-05-01 22:12:48

Ağdamda yol qəzası: 2 nəfər öldü, 4 nəfər yaralandı

Ağdam rayonunda iki nəfərin ölümü, dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az xəbər verir ki, hadisə Xankəndi-Ağdam yolunun Xıdırlı kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan VAZ-2107 və "Opel" markalı avtomobillərin toqquşması nəticəsində iki nəfər ölüb, dörd nəfər isə ağır xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.