📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ağdamda traktor minaya düşdü

2026-09-06 13:01:48

Ağdamda traktor minaya düşdü

Ağdamda traktor minaya düşüb.

Hurriyyet.media  əldə etdiyi məlumata görə, hadisə rayonun Sarıcalı kəndi ərazisində baş verib.

Belə ki, traktorçu K-700 markalı traktorla ərazidə yer şumlayan zaman tank əleyhinə minaya düşüb. Partlayış nəticəsində traktor yararsız vəziyyətə düşsə də, traktorçu xəsarət almayıb.

Hazırda aidiyyəti qurumların əməkdaşları hadisə yerində araşdırma aparır.