📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ağ Evdə müdhiş müzakirə: İrana genişmiqyaslı müdaxilə planı gündəmə gətirilir

2026-06-11 10:31:07

Ağ Evdə müdhiş müzakirə: İrana genişmiqyaslı müdaxilə planı gündəmə gətirilir

İyunun 10-da administrasiyasının üzvləri ilə görüş zamanı ABŞ prezidenti Donald Tramp İrana qarşı genişmiqyaslı, lakin qısamüddətli əməliyyat keçirməyi müzakirə edib.

Hurriyyet.info xəbər verir ki, məlumatı Axios öz mənbələrinə istinadən yayıb.

Mənbələr bildirib ki, Trampın nəzərdən keçirdiyi variantlardan biri İranı danışıqlar mövqeyini dəyişdirməyə məcbur etmək məqsədi daşıyan genişmiqyaslı, lakin qısamüddətli əməliyyat idi. Mənbələr təfərrüatları açıqlamayıblar.

Axios-un məlumatına görə, görüşdə vitse-prezident J.D.Vens, dövlət katibi Marko Rubio, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru John Ratcliffe, Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Dan Kaine və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff iştirak edib. Bundan əlavə, Floridadakı ABŞ Cənub Komandanlığının qərargahından müdafiə naziri Pit Heqsetlə videobağlantı da aparılıb.