📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ağ Ev rəhbərindən gözlənilməz etiraf: "Tehran bu addımı ilə bütün dəstəyini itirdi"

2026-08-31 14:55:10

Ağ Ev rəhbərindən gözlənilməz etiraf:

ABŞ Prezidenti Donald Tramp İranın Yaxın Şərqdəki ərəb dövlətlərinə endirdiyi hərbi zərbələrə sevindiyini açıq şəkildə bəyan edib.

Hurriyyet.media  xəbər verir ki, Ağ Ev rəhbəri bu addımın Tehranı beynəlxalq aləmdə və regionda tamamilə təcrid olunmuş vəziyyətə saldığını vurğulayıb.

"İran müəyyən mənada neytral mövqe tutan insanlara – Səudiyyə Ərəbistanına, Qətərə, Birləşmiş Ərəb Əmirliklərinə, Bəhreynə və Küveytə hücum etdi. Hər kəs şoka düşmüşdü, mən də təəccübləndim. Amma fikirləşdim ki, bu çox yaxşı oldu, çünki onlar malik olduqları bütün dəstəyi itirdilər. Bəli, onların müəyyən bir dəstəyi var idi", – deyə ABŞ Prezidenti bildirib.

Trampın bu bəyanatı Tehranın regional siyasətinin acı nəticələrini və Birləşmiş Ştatların bu vəziyyətdən diplomatik üstünlük kimi istifadə etdiyini göstərir.