📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Afət Kəmalə Günəşlinin həmin VİDEOsundan danışdı

2026-05-17 14:56:26

Afət Kəmalə Günəşlinin həmin VİDEOsundan danışdı

Müğənni Afət Fərmanqızı həmkarı Kəmalə Günəşli haqqında səsləndirdiyi fikirlərlə diqqət çəkib.

Milli.Az xəbər verir ki, sənətçi açıqlamasında Kəmalə Günəşlinin tənqidə açıq biri olduğunu bildirib və onun müsbət keyfiyyətlərini vurğulayıb. Afət qeyd edib ki, həmkarının səsi və sənəti olduğu üçün bu barədə danışır.

O, sosial şəbəkələrdə bəzi kişilərin aparıcı Vüsal Əliyevə "bu xanımı niyə məclisə dəvət edirsiniz?" kimi şərhlər yazdıqlarını da deyib. Müğənni əlavə edib ki, digər ifaçılarla müqayisədə Kəmalə Günəşlinin sənəti var və yaxşı ifa etməyi bacarır.

Fərmanqızı eyni zamanda bildirib ki, son vaxtlar yayılan bəzi görüntülər səbəbindən sənətçi haqqında insanlarda mənfi fikir formalaşır. Açıqlama sosial şəbəkələrdə müzakirələrə səbəb olub.