📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ADY: 15 və 26 iyunda şəhərətrafı qatarlar şənbə-bazar qrafiki ilə hərəkət edəcək

2026-06-10 16:32:21

ADY: 15 və 26 iyunda şəhərətrafı qatarlar şənbə-bazar qrafiki ilə hərəkət edəcək

15 iyun – Milli Qurtuluş Günü və 26 iyun – Silahlı Qüvvələr Günü qeyri-iş günləri olduğundan, həmin tarixlərdə Bakı-Pirşağı-Sumqayıt-Bakı və Bakı-Xırdalan-Bakı marşrutu üzrə qatarlar şənbə-bazar günlərinin hərəkət cədvəli ilə hərəkət edəcək.

Bu barədə Hurriyyet.info - ya "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) bildirilib.

Sərnişinlər hərəkət cədvəli ilə səhmdar cəmiyyətinin saytında və ya "ADY Mobile" tətbiqində tanış ola bilərlər.