📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb

2026-06-16 16:02:10

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb

Milli Hidrometeorologiya Xidməti sabah Abşeron çimərliklərində gözlənilən hava şəraitini açıqlayıb.
Xidmətdən Hurriyyet.info-a verilən məlumata görə, iyunun 17-də şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.
Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 21-22, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 23-24 dərəcə isti olacaq.