📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ onlara qarşı hər həftə yeni sanksiyalar tətbiq edəcək?

2026-08-31 10:31:44

ABŞ onlara qarşı hər həftə yeni sanksiyalar tətbiq edəcək?

“ABŞ administrasiyası Tehrana təzyiqi artırmaq məqsədilə İranla əlaqəsi olan müxtəlif strukturlara qarşı hər həftə yeni sanksiyalar tətbiq etməyi planlaşdırır”​.

Hurriyyet.media xəbər verir ki, bu sözləri ABŞ-nin maliyyə naziri Skott Bessent deyib.

O bildirib ki, ABŞ ilk növbədə banklara qarşı tədbirlər görəcək: “Biz onlara deyirik ki, İranın pullarını saxlamaq və rejimə kömək etmək yolverilməzdir”.

Bessent əlavə edib ki, avqustun 31-dən sentyabrın 1-dək ABŞ-nin Şimali Karolina ştatının Eşvill şəhərində keçiriləcək G20 ölkələrinin maliyyə nazirlərinin görüşündə digər dövlətlərin nümayəndələrinə İranla əlaqələrə görə sanksiyalara məruz qala biləcəkləri barədə xəbərdarlıq edəcək.

ABŞ maliyyə naziri həmçinin qeyd edib ki, yeni anti-İran məhdudiyyətlərinə əməl etməyən ölkələrə qarşı da ikinci dərəcəli sanksiyalar tətbiq edilə bilər.

Bessent belə dövlətlərin ABŞ dollarına çıxışını itirmək riski ilə üzləşəcəyini də vurğulayıb.