📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ-nin İordaniyadakı bazalarında itki qeydə alınmayıb

2026-09-02 17:51:49

ABŞ-nin İordaniyadakı bazalarında itki qeydə alınmayıb

İranın İordaniyadakı bazaya endirdiyi zərbələrdə ABŞ ordusunun itkisi qeydə alınmayıb.

Hurriyyet.media  xəbər verir ki, məlumatı ABŞ rəsmilərinə istinadən Reuters yayıb. ABŞ rəsmiləri arasında olan mənbələrə görə, ölən və ya yaralanan Amerika hərbçiləri barədə heç bir məlumat alınmayıb.

SEPAH bundan əvvəl İordaniyadakı ABŞ bazasına hücumda çox sayda Amerika əsgərini öldürdüyünü iddia etmişdi. Müvafiq açıqlamada hücum zamanı bir neçə mühüm obyekt və helikopterlərin vurulduğu bildirilirdi.