📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ-nin ərazilərini “böyütdü” - Foto

2026-09-08 10:26:39

ABŞ-nin ərazilərini “böyütdü” - Foto

ABŞ Prezidenti Donald Tramp Kanada, Meksika, Kuba, Qrenlandiya, İslandiya və Mərkəzi Amerika ölkələrinin ABŞ ərazisi kimi göstərildiyi xəritənin fotosunu paylaşıb.

Hurriyyet.media xəbər verir ki, Ağ Ev rəhbəri qalmaqallı fotosunu özünə məxsus “Truth Social” sosial şəbəkəsində yayımlayıb.

Sözügedən təsvirdə Şimali və Mərkəzi Amerika, eləcə də Karib hövzəsinin bir sıra dövlətlərinin əraziləri ABŞ bayrağının rənglərinə boyanıb. Tramp bu paylaşıma hər hansı şərh və ya imza əlavə etməyib.

Xatırladaq ki, ABŞ lideri bundan əvvəl də Kanadanın ABŞ-nin tərkibinə daxil olmasının vacibliyini və bunun nə üçün baş verməli olduğunu bəyan etmişdi.