📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ Liviyada birliyin bərpasına kömək edəcək

2026-06-30 10:31:42

ABŞ Liviyada birliyin bərpasına kömək edəcək

Vaşinqton administrasiyası Liviyada birliyin bərpasına kömək etmək üçün tərəfdaşlarla işləmək niyyətindədir.

APA xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio bazar ertəsi günü Vaşinqtonda Liviya Milli Ordusunun (LMO) komandan müavini Səddam Haftarla görüşdən sonra bildirib.

ABŞ dövlət katibi Haftarla Liviya silahlı qüvvələrinin birləşməsi və davamlı sülh üçün şəraitin yaradılması mövzusunu müzakirə etdiyini qeyd edib.

Rubio əlavə edib ki, Birləşmiş Ştatlar Liviyada sülh, birlik və rifah üçün Liviya liderləri və beynəlxalq tərəfdaşlarla əlaqə saxlamağa davam edəcək.