ABŞ-İran qarşıdurması neft bazarını SİLKƏLƏDİ - Qiymətlər BİR ANDA...
Londonun ICE birjasının məlumatına görə, noyabrda tədarük ediləcək Brent markalı neft üzrə fyuçerslərin qiyməti bir barel üçün 94,36 dollara yüksəlib.
Musavat.com xəbər verir ki, bu, avqustun 21-dən bəri qeydə alınan ən yüksək göstəricidir.
Bakı vaxtı ilə saat 21:14-ə olan məlumata görə, Brent markalı neft üzrə fyuçerslərin qiyməti 6,33 faiz artaraq 93,95 dollar təşkil edib.
Oktyabr fyuçersləri üzrə WTI markalı neftin qiyməti isə 4,63 faiz bahalaşaraq bir barel üçün 89,73 dollara çatıb.
Avqustun 31-nə keçən gecə Yaxın Şərqdəki münaqişənin gərginliyində növbəti eskalasiya baş verib. ABŞ Silahlı Qüvvələri Hörmüz boğazında yerləşən İranın Larak adasına zərbə endirib.
İran isə buna cavab olaraq İordaniya və Birləşmiş Ərəb Əmirliklərindəki ABŞ bazalarına zərbələr endirdiyini açıqlayıb. Ertəsi gün hücumlar davam edib. ABŞ İranda İslam İnqilabı Keşikçiləri Korpusunun obyektlərini hədəfə alıb.