📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ Baltik ölkələrinə sursat tədarükünü təxirə salıb

2026-05-15 09:44:16

ABŞ Baltik ölkələrinə sursat tədarükünü təxirə salıb

ABŞ İranla müharibə nəticəsində Amerika arsenalının tükənməsi səbəbindən Baltikyanı ölkələrə bəzi sursatların çatdırılmasını təxirə salıb.

APA xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavininin köməkçisi Kristofer Smit Konqresin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə təsdiqləyib.

“Müəyyən növ sursatların tədarükü təxirə salınıb. Bu barədə Estoniya və Litva kimi müttəfiqlərimizə məlumat vermişik”, – deyə amerikalı diplomat bildirib.

O qeyd edib ki, konkret sursat növləri ilə bağlı detalları Pentaqon açıqlamalıdır.