Abbasın 80-lər trendinə Zamiqin “etiraz”ı - FOTOLAR
2026-09-12 21:33:51
Əməkdar artist Abbas Bağırov müğənni Zamiq Hüseynovla birlikdə son günlər məşhur olan 80-lər trendinə qoşulub.
Abbasın hazırladığı fotoda Zamiq özünü daha kök görüb və bundan narazı qalıb. Müğənni şəkli paylaşaraq zarafatla “Fotoda özünü arıqladıb, məni kökəldib” sözlərini yazıb.
Abbas isə Zamiqin iradına cavab olaraq özünü də fotoda kök göstərib və “Rahatlaş” şərhini əlavə edib. (Axşam.az)

