📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

84 yaşı var, taekvando üzrə qara kəmər aldı

2026-09-05 11:19:20

84 yaşı var, taekvando üzrə qara kəmər aldı

Malayziyada əlil arabasına məhkum olan 84 yaşlı Lim Sek Enq taekvando üzrə qara kəmərə layiq görülüb.

Hurriyyet.media  xəbər verir ki, bu barədə “Mothership” nəşri məlumat yayıb.

Belə ki, 58 yaşından idmanın bu növü ilə məşğul olmağa başlayan qadın səhhətindəki problemlər səbəbindən 74 yaşında məşqlərini dayandırıb. 2019-cu ildə çanaq sümüyünü ikinci dəfə sındırdıqdan sonra isə əlil arabasından asılı vəziyyətə düşüb.

Rəsmi imtahanlarda iştirak etməsə də, onun bacarığı komissiya üzvlərini heyran edib və ona fəxri sertifikat təqdim olunub.