📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

79 yaşlı kişi ağac kəsərkən kanala yıxılıb öldü

2026-07-31 14:08:50

79 yaşlı kişi ağac kəsərkən kanala yıxılıb öldü

Bərdədə bədbəxt hadisə baş verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə hadisə rayonun Hacı Əhmədli kəndində qeydə alınıb.

Kənd sakini, 1947-ci il təvəllüdlü 79 yaşlı kişi ağac kəsən zaman ehtiyatsızlıqdan Yuxarı Qarabağ kanalına yıxılıb. Nəticədə o, suda boğularaq həyatını itirib.

Mərhumun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.