77 yaşında ilk dəfə Türkiyəyə getdi - Video
2026-09-11 20:37:55
Rusiyalı məşhur müğənni Alla Puqaçova həyat yoldaşı yumorist Maksim Qalkinlə birlikdə İstanbula səfər edib.
Hurriyyet.media xəbər verir ki, Qalkin həyat yoldaşı ilə birlikdə çəkilmiş görüntüləri “Instagram” hesabında paylaşıb.
Görüntülərdə 77 yaşlı Puqaçova Türkiyəyə ilk dəfədir səfər etdiyini bildirib.
“Möhtəşəm mənzərələrdir. Heç vaxt Türkiyədə olmamışdım. İlk dəfədir buradayam”, - ulduz müğənni etiraf edib.
Xatırladaq ki, Puqaçova 2022-ci ildə İsrail vətəndaşlığı alıb, daha sonra Ukraynadakı hərbi əməliyyatlara qarşı çıxış edib. Həmin il həyat yoldaşı Maksim Qalkin, həmçinin uşaqları Harri və Liza ilə birlikdə Rusiyanı tərk edib.