📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

724 minlik körpü açılışda çökdü - Video

2026-09-02 10:51:41

724 minlik körpü açılışda çökdü - Video

İndoneziyada təxminən 724 min dollara (təxminən 1,2 milyon manat) tikilən asma körpü açılış mərasimi zamanı gözlənilmədən çöküb.

Hurriyyet.media  xəbər verir ki, hadisə Qərbi Yava əyalətinin Panqandaran bölgəsində yerləşən Marqaçinta kəndində baş verib.

Təxminən 60 metr uzunluğunda olan Ponqpet asma körpüsünün açılış mərasimi zamanı regional rəsmilər, hərbçilər və yerli sakinlər də daxil olmaqla 50-dən çox insan eyni vaxtda körpünün üzərinə çıxıb.

İzdiham körpüdən keçərkən dayaq kabellərindən biri əsas birləşmə nöqtəsindən ayrılıb. Bundan sonra konstruksiya bir tərəfə doğru əyilməyə başlayıb.

Yaranan panika zamanı bəzi insanlar körpüdən yıxılıb və yüngül xəsarətlər alıblar. Hadisə zamanı ölüm faktı qeydə alınmayıb.

Hadisədən sonra təhlükəsizlik məqsədilə körpünün istifadəsi dayandırılıb. Texniki yoxlama və təmir işlərinə başlanılıb.