📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

64 yaşlı qadın qonşusu tərəfindən bıçaqlandı

2026-06-13 21:34:48

64 yaşlı qadın qonşusu tərəfindən bıçaqlandı

Biləsuvarda bıçaqlanma hadisəsi baş verib.

Hurriyyet.info  “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, Biləsuvar şəhər sakini 2003-cü il təvəllüdlü Xəyal Qubadlı qonşusu 1962-ci il təvəllüdlü Məhbubə Mətləb qızı Mikayılovaya bıçaqla xəsarət yetirib. Müxtəlif dərəcəli bədən xəsarətləri alan qadın Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən X. Qubadlı polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. 

Faktla bağlı araşdırma aparılır.