📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

6.2 ballıq zəlzələ oldu

2026-06-15 22:52:54

6.2 ballıq zəlzələ oldu

Filippinlərin cənubunda yerləşən Davao Oriental əyalətində 6,2 bal gücündə zəlzələ baş verib.

Hurriyyet.info  xarici mediaya istinadən xəbər verir ki, məlumata görə, yeraltı təkanlar Davao Oriental əyalətinə bağlı Pondaguitan qəsəbəsindən 67 kilometr cənub-şərq istiqamətində qeydə alınıb.

Məlumatda bildirilib ki, zəlzələ 111,9 kilometr dərinlikdə baş verib.

İlkin məlumatlara əsasən, hadisə nəticəsində tələfat qeydə alınmayıb.

Qeyd edək ki, Filippinlərin cənubundakı Mindanao bölgəsində 8 iyun tarixində baş vermiş 7,8 bal gücündə zəlzələ nəticəsində 61 nəfər həyatını itirmiş, 1040-dan çox insan isə xəsarət almışdı.