51 yaşlı kişini maşın vurub öldürdü
2026-09-07 10:16:32
Şəki-Oğuz avtomobil yolunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Hurriyyet.media xəbər verir ki, hadisə yolun Aşağı Küngüt kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Vüsal Qarayev idarə etdiyi avtomobillə piyada, 51 yaşlı Rizvan Xəlilovu vurub.
Piyada aldığı xəsarətlərdən vəfat edib.
Faktla bağlı araşdırma aparılır.