📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

500 milyonluq futbolçu İngiltərə nəhənginə keçir

2026-09-05 21:30:50

500 milyonluq futbolçu İngiltərə nəhənginə keçir

"Atletiko Madrid"in yarımmüdafiəçisi Pablo Barrios karyerasını İngiltərədə davam etdirə bilər. 

"Goal" 23 yaşlı futbolçunun qışda "Çelsi"yə üz tuta biləcəyini iddia edib. 

London komandasının baş məşqçisi Xabi Alonso 23 yaşlı futbolçunu "Mançester Siti"yə keçən Entso Fernandesin əvəzedicisi hesab edir. Premyer Liqa klubu ispaniyalı üçün 100 milyon avro ödəməyə hazırdır. Onun Madrid klubu ilə 2030-cu ilə qədər müddətə müqaviləsi var və sərbəstqalma məbləği 500 milyon avrodur.

Barrios "Atletiko Madrid"in yetirməsidir. O, sözügedən klubun əsas komandasında 143 oyun keçirib, 7 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Yarımmüdafiəçinin bazar dəyəri 55 milyon avrodur. (fanat.az)