📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

23 yaşlı oğlan su kanalında batdı

2026-06-26 21:06:26

23 yaşlı oğlan su kanalında batdı

Şirvan suvarma kanalının İsmayıllı rayonunun Qubaxəlilli kəndindən keçən hissəsində batan 23 yaşlı gəncin meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən Hurriyyet.info verilən məlumata görə, 2003-cü il təvəllüdlü Rəvan Vaqif oğlu Məhərrəmovun meyiti batdığı ərazidən FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasedicilərinin köməyi ilə tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.