📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

20 il rəhbərlik etdiyi idarədə araşdırma gedir - Özünə yeni vəzifə verildi

2026-06-17 21:10:41

20 il rəhbərlik etdiyi idarədə araşdırma gedir - Özünə yeni vəzifə verildi

Ötən ay Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) tabeliyindəki “Avtomobil Yollarının Mühafizə Xidməti”nin rəisi vəzifəsindən azad edilən Səftər İsmayılov yeni təyinat alıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, S.İsmayılova Fövqəladə Hallar Nazirliyində (FHN) vəzifə verilib.

O, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsində şöbə müdiri təyin edilib.

Qeyd edək ki, Səftər İsmayılov 20 il “Avtomobil Yollarının Mühafizə Xidməti”nə rəhbərlik edib. Bu yaxınlarda Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi sözügedən qurumda araşdırmaya başlayıb. Üzə çıxmış qanun pozuntuları ilə bağlı Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb. İdarənin məsul şəxsləri dindirilib.