2 nəfər hərbi çağırışdan boyun qaçırdı - Cinayət işi açıldı
2026-09-15 12:51:52
Hərbi çağırışdan boyun qaçıran şəxslər barəsində cinayət işi başlanıb.
Bu barədə “Qafqazinfo”ya Hərbi Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən daxil olmuş materiallar üzrə araşdırma aparılıb.
Nəticədə iki çağırışçının tibbi müayinələrin nəticələrinə əsasən hərbi xidmətə yararlı hesab olunduqları halda, növbəti hərbi çağırışdan boyun qaçırmaları faktı üzrə Respublika Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və hazırda istintaq olunur.
Qeyd edilib ki, hərbi çağırışdan boyun qaçıran şəxslərin barəsində ciddi tədbirlər görüləcək.