📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"2-3 DƏQİQƏLİK ŞƏRAİT YARADILSIN" - Taksilərlə bağlı Milli Məclisdə təklif

2026-06-19 18:05:20

Taksilərə sərnişinlərin mindirib düşürmək üçün müxtəlif ərazilərdə 2-3 dəqiqəlik şərait yaradılması təklif edilir.

Hurriyyet.info  xəbər verir ki, bu təkliflə deputat Məlahət İbrahimqızı Milli Məclisin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, müxtəlif ərazilərdə, o cümlədən sosial obyektlərin qarşısında sərnişin taksidən minib düşməsi üçün şərait yoxdur, taksi cərimələnməmək üçün gedib 200-300 metr kənarda saxlamaq məcburiyyətində qalır:

“Bu həm də sərnişinlər üçün çətinlik yaradır. Qocalar var, uşaqlar var, xəstə olan insanlar var. Ona görə də taksilərə sərnişinləri düşürüb mindirmək üçün 2-3 dəqiqəlik şəraitin yaradılması məqsədəuyğun olardı”.