📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

18 milyonluq 2 tablonu muzeydən oğurladılar - Fotolar

2026-09-14 10:23:17

18 milyonluq 2 tablonu muzeydən oğurladılar - Fotolar

Fransanın Kany-syur-Mer şəhərindəki “Renuar” muzeyindən Ogyüst Renuara aid 9 milyon avro dəyərində (təxminən 18 milyon manatdan çox) iki qiymətli tablo oğurlanıb.

Hurriyyet.media  xəbər verir ki, soyğunçular ümumilikdə dörd tablo çıxarsalar da, polisin gəldiyini görüb ikisini muzeyin həyətində ataraq qaçıblar.

Parisdəki “d'Orse” Muzeyindən müvəqqəti gətirilən “Madame Colonna Romano” və “Jeune Femme au Puits” əsərlərini isə aparmağa muvəffəq olublar.

Oğurlanan tablolardan birinin tarixi İkinci Dünya müharibəsinə dayanır. Həmin əsər faşist işğalı zamanı yəhudi kolleksiyaçıdan məcburi alınıb, sahibi isə Avşvitsdə qətlə yetirilib.

“Luvr” və “Lalik” muzeylərindən sonra baş verən bu qarət Fransada muzeylərin təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib.