📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

14 yaşlı qızın burnundan ağıl dişi çıxdı

2026-06-25 21:12:23

14 yaşlı qızın burnundan ağıl dişi çıxdı

Rusiyanın Sverdlovsk vilayətində həkimlər 14 yaşlı qızın ağıl dişini burnundan çıxarıblar.

Yeniyetmə üzünün sol hissəsində güclü ağrılar, burun tutulması, baş ağrısı və göz nahiyəsində narahatlıq şikayətləri ilə xəstəxanaya müraciət edib.

Müayinələr zamanı məlum olub ki, narahatlığın səbəbi ağıl dişinin qeyri-adi yerdə, burun boşluğu və haymor boşluğu nahiyəsində inkişaf etməsi olub.

Həkimlərin sözlərinə görə, ağıl dişinin rüşeymi normalda diş sırasında yerləşməli olduğu halda, haymor boşluğu nahiyəsində formalaşıb və onun normal fəaliyyətini tamamilə bloklayıb.

Seliyin axınının pozulması nəticəsində qızda xroniki iltihab yaranıb. Cərrahlar dişi və onun follikulunu xarici kəsik aparmadan, həmçinin üst çənə sümüyünü deşmədən uğurla çıxarıblar.

Əməliyyatdan bir həftə sonra o, evə buraxılıb./Lent.az/