📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

11 kq-dan çox narkotikin ölkəyə keçirilməsinin qarşısı alınıb

2026-06-13 19:34:44

11 kq-dan çox narkotikin ölkəyə keçirilməsinin qarşısı alınıb

İrandan 11 kq-dan çox marixuananın Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Hurriyyet.info Bakıvaxtı.az istinadən xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

Məlumata görə, DSX-nin Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 11 kiloqram 500 qram narkotik vasitə – marixuananın pilotsuz uçuş aparatı (PUA) vasitəsilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.