📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

100 manat + 2 bal cərimələndiyi qayda pozuntusunu paylaşdı - Foto

2026-09-12 16:12:25

100 manat + 2 bal cərimələndiyi qayda pozuntusunu paylaşdı - Foto

Tanınmış aktrisa Xəyalə Quliyeva yol hərəkəti qaydalarını pozduğu üçün cərimələnib.

Hurriyyet.media  xəbər verir ki, bu barədə aktrisa özü paylaşım edib.

O, paytaxtın prospektlərindən birində ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağa “Nissan” markalı minik avtomobili ilə daxil olduğuna görə inzibati məsuliyyətə cəlb edilib.

Ərazidəki kamera vasitəsilə Xəyalənin etdiyi qayda pozuntusu müəyyənləşdirilərək aktlaşdırılıb. O, müvafiq maddəyə əsasən 100 manat + 2 bal həddində cərimə olunub.